
Daxili İşlər Nazirliyi (DİN) mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, nazirliyin mətbuat xidmətindən apa-ya bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulub.
Gununsesi.info












