
Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Gununsesi.info-nun xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) Quba rayonunda ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb. Mməlumatda bildirilib ki, Quba rayonunun Vladimirovka kəndində rayon sakini Habil Muradovun idarə etdiyi “VAZ-2106” və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.
Nəticədə B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gülnaz Qənbərli
Gununsesi.info












