“Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işləri yüksək qiymətləndirdilər” - HİKMƏT HACIYEV

  • By admin
  • 11 Dekabr 2017 15:42

“Səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri, nümayəndələri, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak edib.  Onlarda çox yüksək təəssürat yarandı”.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, diplomatlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilini və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.

Gununsesi.info