
Fəthullahçı Terror Təşkilatı ilə (FETÖ) mübarizə çərçivəsində Türkiyənin nəhəng şirkətlərindən biri olan “Doğan Holdinq”in ofisində polis axtarışlara başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda “Doğan Holdinq”in İstanbulda yerləşən binası polislər tərəfində mühasirəyə alınıb, axtarışlar davam etdirilir.
Məlumata görə, “Doğan Holdinq”in idarə heyətinin üzvüləri Yahya Üzdiyen və Erem Turgut Yücel nəzarətə götürülüb.
Axtarışların nəticələri barədə əlavə məlumat veriləcək.
Anar
Gununsesi.info












