Doğum günündə ölümün üstünə atılan şəhidimiz – GƏNCLƏR GÜNÜNDƏ 40 MƏRASİMİNİ VERDİLƏR (FOTO/VİDEOLAR)

  • By admin
  • 02 Fevral 2021 20:16

Vətəninin azadlığı uğurunda canından keçən daha bir şəhidimizdən söhbət açacağıq.

 

Onun haqqında ilk dəfə sosial şəbəkələrdə paylaşılan qeydlərdə xəbər tutduq. Söhbət doğum günündə qanlı savaşa gedən Bəkirli Azad Rasim oğlundan gedir.

 

Bu gün -GƏNCLƏR GÜNÜNDƏ 40 mərasimi keçirilən qəhrəman şəhidimizin evində olduq. Azad, 27 sentyabr 1992-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda anadan olub. Aildə iki qardaş bir bacı olublar. Azad evin son beşiyi olub. Orta məktəbi Nərimanov rayonunda yerləşən 45 saylı məktəbi bitirib.

 

Azad 2010-cu ildən Memarlıq və İnşaat Universitetinin İnfromasiya texnologiyaları və su sistemləri fakultəsini bitirib. Ali məktəbi bitirən şəhid Bəkilrli əsgərliyə yola düşüb. Azad Milli Qəhrəman General Polad Həşimovun hərbi hissəsində xidmət edib.

 

Hərbi xidməti bitirdikdən sonra Bakı metropolitenində işə düzələn qəhərmanımız bir müddətdən sonra öz ixtisası üzrə “Socar”da işə düzəlib. Döyüşlərə qədər həmin şirkətdə çalışıb.

Gununsesi.info-ya qardaşı haqqında xatirələrini danışan Məhərrəm Bəkirli deyir ki, Azad uşaqlıqdan vətənpərvər olub. Hər zaman televiziyalarda vətənpərvərlik janrında olan verilişləri izləyirmiş. Polad Həşimovun şəhid olması xəbəri onu o qədər sarsıdır ki, evdə heç kimə deməyib könüllü yazlır döyüşə. Ailəsi onun bu addımını dostlarından eşitmişik. Azadın gözlərində zəiflik olub. Amma gedib Hərbi Komisarlıqdan xahiş edib ki, onu müharibəyə aparsın.

Sentyabrın 21 təlimə çağırılan Azad bir həftə təlimlərdən sonra öz ad günüdə döyüşə qatılır. Füzuli uğurunda gedən qızğın döyüşlərdə fəal iştirak edir. Füzulinin bir sıra kəndlərinin alınmasında iştirak edir.

 

 

Daha sonra Cəbrayılın alınması və yenidən Füzulinin alınmış bəzi kəndlərinin təmzilənməsində iştirak edir. “Beton sədd” deyilən yerdə son döyüşünü keçirib.

Oktyabrın 21 Cəbrayılın Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərək özü düşmən snayperinə tuş gəlir. Lakin şəhidin mübarək nəşini dekabrın 25-də dəfn etmək mükün olub.

Qardaşının dediklərinə görə, döyüşlərdə Azadın eynəyi sınıbmış. Amma ailəsinə bildirməyib, deyib ki, suya salmışam. İki həftə eynəksiz döyüşüb Azad.

 

Atalarını ötən il itiriblər. Subay olan şəhid qapalı insan olub. Heç vaxt da dərdini – sərini, sıxıntısını evlərində bildirməzmiş. Amma çox diqqətcil insan olub. Ailədə əgər bir problem sıxıntı olarsa, onu heç kimə bildirmədən özü həll edərmiş. Çox xırda şeylərlə xoşbəxt olmağı bacarırımış qəhrəmanımız.

Amma ailəsinin qəbul edə bilmədiyi bir xüsusiyyəti də var imiş. Heç vax, heç kimin qəlbini qırıb, yox deyə biməzmiş. Hər zaman anası və qardaşı onun bu xüsusiyyətinə qarşı çıxımış. Mülayim xasiyyətli, mehriban qəlbli gəncin elə də böyük arzuları yox imiş. Ən xırda şeylərdə onu sevindirə bilirmiş. Kiçik şeylərdən xoşbəxt olmağı bacarırmış. Hər zaman aza qane olmağı bacarıb. Amma öz istəklərinin dalınca gedib nail olmağı da hədəfləyib qəhrəmanımız.

Doğmaları deyir ki, Azadın atdığı səs yazıları ilə ovunurlar sanki. Sonuncu olan səslərin əbədi qalmasını istəyirlər. İndi evin tək böyüyü olan ananın ürəyi tab gətirmir oğlunun məzarını ziyarət etməyə. Adam var evdən gedər, adam da var eldən. Azad məhz eldən gedən insanlardan olduğu üçün yaşadığı Nərimanov Rayonu sakinləri də bu acıyla yaşayır.

Bu gün rayonun icra başçısı Cənab Abdin Fərzəliyev icitimaiyyət qarşısındakı çıxışlarında Azadın adını gətirir, onun qəhrəmanlıqlarından söz salır. İcra başçısı şəxsən şəhidimizin məzarını ziyarət edib. Onun xatirəsinə öz ehtiramını bildirib.

 

 

 

 

Turanə Tağızadə

Gununsesi.info