“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR

  • By admin
  • 19 Aprel 2024 19:06

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə
görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsindən danışıb. .
“Bakcell"in mətbuatda müzakirələrə səbəb olmuş yeniliklər vədi barədə suallara
cavab olaraq, şirkətin Baş direktoru bildirib ki, Bakcell böyük dəyişikliklər astanasındadır
və bu barədə 25 Aprel tarixində ətraflı məlumat açıqlanacaq.
Həmçinin, Dr. Klaus Müller qeyd edib ki, 2024-cü ildə Bakcell bütün ölkə boyunca
mobil rabitə və xidmət şəbəkəsini daha da genişləndirmək niyyətindədir.

Gununsesi.info