30 il sonra dağıdılmış evini görən jurnalistdən təsirli sözlər

  • By Mina
  • 20 Aprel 2024 12:32

Modern.az saytının baş redaktoru Əfqan Qafarlı Cəbrayılda 30 il sonra həsrət qaldığı evinə gedib.

Gununsesi.info həmkarımızın sosial şəbəkədə fotosu ilə birlikdə paylaşdığı qeydləri təqdim edir:

Ermənilər kəndimizə girən gecə evimizdən ən axırıncı mən çıxmışdım… Darvazanı içəridən bağlayıb daş hasara dırmaşaraq, yola atlandım… Onda bilmirdik ki, 30 il didərginlik həyatı gözlənilir.
Arxamda ikimərtəbəli, daş hasarlı, dəmir darvazalı evimiz vardı… İndi ondan əsər-əlamət qalmayıb… fundamentədək yerlə-yeksan ediblər… Ağaclar susuzluqdan yanıb-yaxılıb…
Allah Ordumuza qüvvət versin, şəhidlərimizin ruhu şad olsun! 30 illik həsrətimizə son qoyuldu.

Mina
Gununsesi.info