Bakıda doğuş zamanı körpə ölümü baş verib.
Gununsesi.info bildirir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.
Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb.
Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.
Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info