Dollar bahalaşmaqda davam edir - MƏZƏNNƏ

  • By admin
  • 27 Dekabr 2016 17:18

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,23% artaraq 1,7662 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, bu gün dollar 1,7622 manata bərabər olub.

Qeyd edək ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7622 məzənnəsi ilə başlayıb və 1,7662 məzənnəsi ilə yekunlaşıb.

Gununsesi.info