
Suriyanın Şayrat aviabazasına edilən hücum nüvə savaşına gətirib çıxara bilər.
Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Birləşmiş Milli Antisavaş Koalisiyası (UNAC) bəyanatında vurğulanır.
“ABŞ Prezidenti Donald Trampın “əvvəlcə bombala, sonra sual ver” siyasəti regionda geniş fəlakətə səbəb ola bilər. Nə Tramp, nə də hər hansı bir agentlik Suriya Prezidenti Bəşər Əsədin İŞİD, Əl Qaidə, yaxud müxalif qruplaşmalara qarşı kimyəvi silahlardan istifadə etməsi ilə bağlı fakt təqdim edə bilib. Media qurumları isə artıq müharibə təbili çalır və bombardmanı alqışlayır”, – açıqlamada bildirilib.
Gununsesi.info












