Kişi həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaq

  • Müəllif: admin
  • 10 Aprel 2017 09:36

handbol

Aprelin 10-dan 16-dək Ukraynada həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından Gununsesi.info-ya verilən xəbərə görə, yarışda həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası iştirak edəcək.

Baş məşqçi Hikmət Abdullayev və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə komandamız aprelin 9-da Ukraynanın Zaparoje şəhərinə yollanıb.

Gununsesi.info