Donald Trampın Kuba “sevgisi” - EMBARQONUN MÜDDƏTİNİ 1 İL DAHA UZATDI

  • By admin
  • 14 Sentyabr 2019 19:46

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı qüvvədə olan embarqonun vaxtını 2020-ci il sentyabrın 14-dək uzatmaq barədə qərar qəbul edib.

Gununsesi.org xəbər verir ki, ABŞ liderinin müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti tərəfindən dərc olunub. “Hesab edirəm ki, Kubaya qarşı embarqonun müddətinin bir il də uzadılması milli maraqlara uyqundur”, – bəyanatda belə deyilir.

HTML tutorial

Birləşmiş Ştatlar 1961-ci ildə Kubada ABŞ mülkiyyətinin milliləşdirilməsi prosesinə cavab olaraq bu ölkə ilə diplomatık əlaqələrini dayandırıb. Həmçinin Vaşinqton Kubaya qarşı iqtisadi-ticarət embarqosu tətbiq edib.

2014-cü ilin dekabrında ABŞ-ın sabiq prezidenti Barak Obama Vaşinqtonun Havanaya qarşı əvvəlki siyasətinin effektiv olmadığını etiraf edib və ikitərəfli münasibətlərin normallaşdırılması və sanksiyaların yumşalması prosesinin başladığını bildirib. Lakin 2017-ci ildə Donald Tramp hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlərin nizamlanması prosesi dayanıb.

 

Gununsesi.org