Dövlət Əmək Müfəttişliyinin Bakı İdarəsi yaradıldı

  • By admin
  • 17 Dekabr 2019 13:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.

Gununsesi.org–un məlumatına görə zazirlikdən Modern.az-a bildirilib ki, Məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması,  yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.
Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.

Gununsesi.org