Dövlət Departamenti Türkiyədə çevriliş cəhdinin arxasında ABŞ-ın dayanması haqda iddialara münasibət bildirib

  • By admin
  • 09 Avqust 2016 11:29

abs

 

ABŞ Dövlət Departamenti Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı iddialara münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, Dövlət Departamentinin mətbuat katibi Elizabet Trudeu ABŞ-ın Türkiyə hökuməti və xalqını dəstəklədiyini bildirib: “Bu iddialar tamamilə əsassızdır. Biz demokratik yolla seçilmiş Türkiyə hökumətini və Türkiyə xalqını dəstəkləyirik”.

 

Gununsesi.info