Dövlət qurumlarında iş saatı dəyişdirilir

  • By admin
  • 21 Dekabr 2016 15:28
fnggl
İş vaxtının dəyişdirilməsi Bakıda tıxacların aradan qaldırılmasına kömək edə biləcəyini düşündüyümüzdən  müvafiq  dövlət qurumlarına təklifimizi vermişik.
 
Gununsesi.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
 
BNA rəhbərinin sözlərinə görə, paytaxt yollarında yaşanan problemlərdən biri bütün müəssisələrdə – istər dövlət, istərsə də özəl təşkilatlarda iş vaxtının saat 09:00-da başlamasıdır. “Təklif etmişik ki, iş vaxtının başlaması 08:00, 08:30 və ya 09:30 götürülsün. Bunun üzərinə ciddi iş gedir”- deyə, V. Kərimli vurğualyıb.
V. Kərimli əlavə edib ki, biz bunu ilkin olaraq dövlət qurumlarında tətbiq etməyə nail olmaq istəyirik. “Bakı şəhərində iş saatının dəyişdirilməsi ilə bağlı müvafiq orqanlara  artıq təkliflərimizi göndərmişik. Əgər təklif müsbət dəyərləndirilsə, saat 09:00-dan öncə yollarda yaşanan tıxac probleminin 20%-ni həll edə bilərik. Bu, ciddi göstəricidir” – deyə, V. Kərimli bildirib.
Mürtəza 
Gununsesi.info