“Dövlət 200 manata möhtac qalıb?” – Aqil Abbas

  • By admin
  • 01 İyun 2020 15:22
“Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər başa düşə bilmirəm”.

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Ağcabədidə kitabxanalar ləğv olunur, işçilər ixtisara salınır: “Kənd kitabxanalarını ləğv etdilər. İndi də belə bir qərar gəlib ki, 35 nəfər ixtisar olunmalıdır. Prezident yeni iş yerləri açır, ancaq bunlar işçiləri ixtisar edirlər. Bu qədər büdcəmiz var, ancaq dövlətimiz onların aldığı 200 manat maaşa möhtac olub? Hazırda Mədəniyyət naziri yoxdur. Ancaq onu əvəz edən var. Ancaq Maliyyə Nazirliyinə müraciət edirəm ki, kitabxanalarla işi olmasın. İxtisar olunası o qədər yer var”.

Gununsesi.org