Dövlət Komissiyası ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yaydı

  • By admin
  • 02 Fevral 2017 14:18

itkin komissiyasi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

Komissiyadan Gununsesi.info-ya bildirilib ki, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Gununsesi.info