İzmit Bələdiyyəsi Azərbaycan diasporunun üzvlərini qəbul edib - FOTOLAR

  • By admin
  • 02 Fevral 2017 14:14

unnamed (6)

 

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Azərbaycan Heydər Əliyev Kültür Evinin sədri və üzləri İzmit Bələdiyyəsinin sədri Nevzat Doğanla görüşüb.

Bu haqda Gununsesi.info-ya Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, görüşdə TADEF sədri Bilal Dündar Federasiyanın fəaliyyəti və gələcək planları haqqında məlumat verərək N.Doğana verdiyi dəstəyə, o cümlədən 2015-ci ildə Xocalı Şəhidlər Abidəsinin inşası və açılış mərasimində iştirakına görə  minnətdarlığını bildirib.

Bununla yanaşı,  Nəsimi Bələdiyyəsi ilə qardaş bələdiyyə olan İzmit Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərində “Peşmaniyə Festivalı”nın keçirilməsi və Azərbaycanın paytaxtında parkın açılışı, Kocaeli Universitetində təhsil  alan azərbaycanlı tələbələrı velosiped hədiyyə edilməsi  və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Kocaeli Universitetində 186 azərbaycanlı tələbə təhsil alır.

Görüş zamanı N.Doğan Federasiyanın fəaliyyətini yaxından izlədiyini və müzakirə olunan məsələlərin yaxın vaxtlarda həllini tapacağını bildirib. N.Doğan İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Azərbaycan Heydər Əliyev Kültür Evi arasındakı  əməkdaşlıq əlaqələrinin və dəstəyin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

unnamed (7)

Gülnaz Qənbərli

Gununsesi.info