Dövlət Neft Fondu xərclərini 34 faiz ixtisar etdi

  • By admin
  • 29 Sentyabr 2016 12:50

neft-fondu-1İcmal büdcənin kəsiri 1.2 milyard, dövlət büdcəsinin kəsiri isə 645 milyon manat olacaq

2017-ci il icmal büdcənin gəlirləri 19 milyard 720 manat, xərcləri isə 20 milyard 967 milyrad manat olacaq. Gununsesi.info Maliyyə Nazirliyinə istinadən bildirir ki,  icmal büdcənin kəsiri 1 milyard 246 milyon manat təşkil edəcək ki, bu da ÜDM-in 2 faizi həcmində olacaq.

Məlumata görə, icmal büdcə gəlirlərindəəvvəlki ilə nicbətən 39.3 faiz artım,xərclərində isə 14.7 faiz azalma proqnozlaşdırılır.

Beləliklə, icmal büdcənin tərkibinə gəlincə,

– Dövlət büdcəsinin gəlirlər 15 milyard olacaq. Onun 6.1 milyardı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək. Bu da 2016-ci ilin proqnoz büdcəsi ilə müqayisədə 1.5 milyard manat və ya 20 faiz azdır.

Dövlət büdcəsinin xərcləri isə 16.6 milyard manat proqnozlaşdırılır. Büdcə kəsiri 645 milyom manat proqnozlaşdırılır ki, bu da 2016-ci ilin proqnoz büdcəsinə nisbətən 61 faiz az deməkdir.

– Naxçıvan MR-nın gəlirləri 359.5 milyon manat proqnozlaşdırılır.  Muxtar Respublikanın xərcləri isə 359.5 milyan manat təşkil edəcək.  Beləliklə, MR-nın gəlir və xərcləri bərabər proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 2.3 faiz çoxdur.

– Dövlət Neft Fondunun gəlirlər 8 milyard 370 milyon manat proqnozlaşdırılır. Bu isə 2016-cı ilin proqnozu ilə müqayisədə 2.4 dəfəçoxdur.

Fondun gələn ilki xərcləriisə 6.9 milyard manat proqnozlaşdırılır ki, bu da 2016-ci ilin proqnoz ilə müqayisədə 34.6 faiz azdır.

– Əmək vəƏhalinin Sosila Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri- 3.4 milyard manat olacaq.  Onun 1.2 milyardı dövlət büdcəsində transfert təşkil edəcək.

Sözügedən fondun xərcləri də gəlirləri qədər  3.4 milyard manat proqnozlaşdırılır.

Dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 dollar səviyyəsənində nəzərdə tutulub.

 

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info