Dövlət Taxıl Fonduna tədarük üçün buğdanın qiyməti artırılıb

  • Müəllif: admin
  • 01 Sentyabr 2016 19:45

bugda

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi özünün Dövlət Taxıl Fondu üçün tədarük etdiyi buğdanın alış qiymətini 250 manatdan 270 manata qaldırıb.

Bu barədə Gununsesi.info nazirliyin saytına istinadən xəbər verir.

Bundan başqa, qurum tədarük üçün müddəti noyabrın 1-nə qədər uzadıb. Xatırladaq ki, Fond üçün buğda tədarükünə iyunun 21-də başlanılıb.

 

Gununsesi.info