DSX-nin əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı

  • By admin
  • 11 Dekabr 2022 19:05

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan həlak olub.

Hərbi Prokurorluqundan verilən məlumata görə, prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedib və meyitə baxış keçirib.

Əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda ) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Gununsesi.info