Apellyasiya Məhkəməsi Məmmədyarovun işçilərini həbsdə saxladı XƏBƏR VAR

  • By admin
  • 09 İyul 2020 11:57

Bakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri – Fərhad Molla-zadə və Nurupaşa Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.

Gununsesi.org bildirir ki, hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

Xatırladaq ki, DTX tərəfindən tutulan Səlim Əlizadə barəsində seçilən həbs-qətimkan tədbirindən şikayət verməyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.org