Dünya bazarlarında qızıl ucuzlaşıb

  • By admin
  • 03 Aprel 2018 09:25

Amerika fond bazarında “Dow Jones” indeksi 1,90% – 23 644,19 bəndədək, “S&P 500” 2,23% – 2 581,88 bəndədək, NASDAQ isə 2,74% – 6 870,12 bəndədək ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında səhmlərin qiymətində dəyişiklik olmayıb. Buna səbəb katolik xristianlarının qeyd etdiyi Pasxa bayramı ilə əlaqədar ötən gün əmtəə birjalarının işləməməsi olub.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,70 dollar ucuzlaşaraq 1 342,20 dollara, gümüşün unsiyasının qiyməti 0,13 dollar azalaraq 16,55 dollara satılıb.

Gununsesi.info