Dünya birjalarında neft ucuzlaşıb

  • By admin
  • 27 Aprel 2018 08:42

Dünya birjalarında neft ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,32% azalaraq 67,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,28% azalaraq 74,53 dollar təşkil edib.

Gununsesi.info