Dünya çempionatı-2018: - Xorvatiya 1/4 finalda

  • By admin
  • 02 İyul 2018 08:08

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın üçüncü oyunu yekunlaşıb. Gununsesi.info  xəbər verir ki, Xorvatiya və Danimarka oyunun da taleyi penaltilərlə həll olunub. Oyunun əlavə vaxtında Modriç penaltini dəqiq yerinə yetirməyərək Xorvatiyalı azarkeşlərə şok yaşadıb.

Danimarka yığması qapıçısı Kasper Şmeyxelin möhtəşəm qurtarışından sonra oyunda penaltilər seriyası başlayıb.

Penaltiləri daha dəqiq yerinə yetirən Xorvatiya 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Xorvatiyanın rəqibi meydan sahibləri Rusiya millisi olacaq.

 

Qeyd edək ki, futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.

23:56

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalın üçüncü oyunu keçirilib. Gununsesi.info  xəbər verir ki, “Nijniy Novqorod” stadionunda keçirilən oyunda Xorvatiya və Danimarka milliləri qarşılaşıblar. Xorvatiya millisinin start heyətində Daniel Subaşiç, Şime Vrsalko, İvan Striniç, İvan Perişiç, Deyan Lovren, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mario Mancukiç, Ante Rebiç və Domaqoy Vida yer alıblar.

Danimarka yığmasının heyətində isə meydana Kasper Şmeyxel, Simon Ker, Yonas Knudsen, Andreas Kristensen, Tomas Dileyni, Kristian Eriksen, Martin Breytueyt, Matias Yorqensen, Henrik Dalsqor, Yussuf Poulsen və Andreas Kornelius çıxıblar.

Oyunda hesabı Danimarka açıb. İkinci dəqiqədə Yorqensen fərqlənib.

Amma bundan 2 dəqiqə sonra Mandzukiç hesabı bərabərləşdirib.

Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından əlavə vaxt təyin olunub.