Daha bir toyda kütləvi zəhərlənmə

  • Müəllif: admin
  • 02 İyul 2018 08:06

Astarada toyda zəhərlənmə olub. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.

Zəhərlənən şəxslər Astra Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.

Hadisə “Şahin” şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir.

Gununsesi.info