
Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.
Gununsesi.info xəbər verir ki, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.
66 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov ardıcıl olaraq Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilsilçilərini məğlub edib. Yarımfinalda Qazaxstandan olan rəqibinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslambekin rəqibi Ermənistan təmsilçisi olacaq.
84 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda rəqib Türkiyə təmsilçisi Ali Cengiz olacaq.
Gununsesi.info