Dünya çempionatında mübarizəyə qoşulan üç azərbaycanlı pəhləvan qızıl medal şansını itirib - BƏS, DİGƏR PƏHLƏVANLARIMIZIN MEDAL ŞANSI VARMI?

  • By admin
  • 15 Sentyabr 2019 16:58

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb.

Gununsesi.org  xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı 1/16 final mərhələsində qazaxıstanlı Yerulan İskakovla qarşılaşıb.

HTML tutorial

Görüş İskakovun qələbəsi ilə yekunlaşıb – 2:1. Beləliklə, Nuriyev ümidini bürünc medal üçün təsəlliverici görüşlərə saxlayıb. Bunun üçün İskakov finaladək irəliləməlidir.

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov isə 1/8 final görüşünü keçirib.

87 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı iranlı Ramin Soltanmorad Taherisərtəng ilə üz-üzə gəlib. Qarşılaşma Abbasovun məğlubiyyəti ilə yekunlaşıb – 0:6. Beləliklə, bu gün mübarizəyə qoşulan azərbaycanlı hər üç pəhləvan qızıl medal şansını itirib. Onlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün uduzduqları güləşçilərin finaladək yüksəlməsinə ümid etməli, daha sonra təsəlliveici görüşlədə bürünc medal uğrunda döyüşlərədək irəliləməlidirlər.

 

Gununsesi.org