Dünyada ən populyar brauzer hansıdır? - HESABAT

  • By admin
  • 04 İyul 2017 16:16

j7ik87kuy_300

Veb brauzer yaradıcıları daima yeni funksiyaların əlavə edilməsi, optimallaşdırma, enerji sərfiyyatının və yaddaşın azaldılması, işləmə sürətinin artırılması üzərində işləyirlər.

Gununsesi.info-nun “ICTnews”a istinadən verdiyi məlumata görə, “NetMarketShare” və “StatCounter” tədqiqat firmaları iyulun əvvəlində brauzerlər bazarının vəziyyəti haqda yeni hesabatlarını dərc ediblər.

Hər 2 resursun məlumatlarına əsasən, ötən il ərzində ən populyar brauzerlər öz payını artırıblar.

“Google” şirkətinin “Chrome” brauzeri əvvəlki kimi ən populyar olaraq qalır. “NetMarketShare” firmasının statistikasına əsasən, 1 il ərzində “Chrome” brauzerinin bazar payı 48,65%-dən 59,36%-dək yüksəlib.

Beləliklə, artım 10,71% təşkil edib. “Firefox” brauzerinin bazar payı 4%, “Microsoft Edge”də isə yalnız 0,54% artıb. Ötən ilin iyun ayından cari ilin may ayınadək “Internet Explorer” brauzerinin bazar ayı 14,1% azalıb. “Safari” brauzerinin vəziyyəti ürəkaçan deyil, hərçənd son zamanlar bu brauzerin bazar payı cüzi artıb.

“StatCounter” firmasının statistikasına əsasən isə cari ilin iyununda “Chrome” brauzerinin bazar payı 63,21%, “Firefox”da 14%, “Internet Explorer”də 9,28%, “Safari”də 5,16%, “Edge”də 3,89%, “Opera”da isə 2,22% təşkil edib.

Gununsesi.info