Dünyada ən ucuz ipoteka verən 10 ölkə - SİYAHI

  • Müəllif: admin
  • 01 Dekabr 2017 15:14

Dünyada ipoteka kreditlərinin şərtləri və faizləri sərfəli olan 10 ölkənin adı açıqlanıb.

Gününsesi.info bunu vestifinance.ru-ya istinadən xəbər verir.

Xəbərdə deyilir ki, lap öndə 1.21%-lə Yaponiya gəlir və dünyanın ən aşağı faizlə ipoteka verən ölkəsi hesab edilir. Məqalədə deyilir ki, Yaponiyada infliyasiya səviyyəsi olduqca aşağı, daşınmaz əmlak isə çox bahadır. Paytaxtı Tokiyo isə bu yöndə ən bahalı şəhər sayılır. Burada daşınmaz əmlakın hər kv.m-i 7-8 min dollardan başlayır. Digər regionlarda isə bu rəqəm 5-6 dollardır. Ona görə də, Yaponiyada ipotekasız mənzil almaq adi vətəndaşlar üçün xəyaldır.

Ən ucuz ipotekaya görə ikinci yerdə İsveçrə durur. Orada faiz dərəcləri 1.42 faiz təşkil edir. Bu ölkədə də daşınmaz əmlak  kifayət qədər bahadır. Maraqlı məqamlardan biri odur ki, İsveçrədə ipoteka kreditlər ömürlük verilir. Belə ki, ödəniş müddəti 50-100 il arası təklif olunur. Əksər hallarda kredit ödənişi nəsildən-nəslə keçir.

Üçüncü yerdə, 1.53 faizlə Finladiya tutur. Paytaxt Helsinkidə yeni tikillən binalarda mənzilin 1 kv.m-nin qiyməti 2300-2700 avro təşkil edir. Digər şəhərlərdə isə bu rəqəm 1000-1500 avro arasındadır.

Dördüncü yerdə İsveçdir. Burada ipoteka faiz dərəcələri 1.87 faiz təşkil edir. Bu ölkdə mənzil və evlərin 90 faizi ipoteka ilə alınır. İsveçdə sözegedən kreditin ödəniş müddəti  50-70 il arasındadır.

Sloveniya 1.92 faizlə beşinci yerdədir. Slovakiya 2004-cü ildə Svropa Birliyinə daxil olub. Bundan sonra bu ölkənin həyat səviyyəsi artmağa başladı və uzummüddətli layihələrə yatırım etmək marağı artdı. Nəticədə həyat səviyyəsi yüksəldikcə, daşınmaz əmlakların da qiymətləri artmağa başladı. Hazırda paytaxtı Lyüblyanada 1kv.m 2000-2500 avroya təklif olunur.

Almaniya 1.99 faizlə altıncı pillədə qərarlaşıb. Bu ölkənin daşınmaz əmlak bazarı Avropada ən yüksək sürətlə artan və perspektivli bazarıhesab olunur. Aşağı faizli ipoteka kreditləri isə dünyanın ən cəlbedici bazarı edib. Ona görə də, xarici investorların daim diqqətində olan bir sahədir.

Çexiyada 1.99 faizlə yeddinci yerdədir.

Litva isə bu siyahıda səkkinci yerdədir. Bu ölkdə ipoteka kreditləri 2.03 faizlə 21 yaşından yuxarı vətəndaşlara verilir. Kreditlərin minimum məbləği 15 min dollardan başlayır, 60 min dollarda yekunlaşır.

Tayvan da ən ucuz ipoteka ölkləri sırasındadır. Bu ölkədə ipoteka faiz dərəcəsi 2.04 faiz təşkil edir. Xarici investorlar daha çox Taybey şəhərində daşınmaz əmlak almaqda maraqlıdır.

Avstriya 2.10 faizlə siyaıda onuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanda ipoteka kretidləri bu ölkələrlə müqayisədə kifayət qədər bahalı hesab olunur. Belə ki adi ipoteka 8 faizlə, güzəştli ipoteka isə 4 faizlə verilir. Maksimum məbləğ 150 min manat olmaq şərti ilə 25-30 il müddətinə ödəniş tətbiq edilib.

Vüsalə

Gununsesi.info