Dünyada insanlıq böhranı yaşanır - SEVİNC FƏTƏLİYEVA

  • By admin
  • 16 Fevral 2017 15:55
sevinc1
Bu gün dünyada təkcə maliyyə-iqtisadi böhran deyil, eyni zamanda bir insanlıq böhranı da yaşanır.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Sevinc Fətəliyeva bu gün Milli Məclisdə keçirilən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən dəyirmi masada çıxışi zamanı deyib.
Onun sözlərinə görə, bu gün dünyada  mədəniyyətlərin, mənəviyyatın, dəyərlərin  deqradasiyası  böhranı yaşanır: “Azərbaycan da bu dünyanın bir parçası olduğundan, dediyim insanlıq böhranı burada da yaşanmaqdadır. Axı, bizim keçmişimiz belə olmayıb. Azərbaycanda möhkəm təməllərə söyknən milli-mənəvi, əxlaqi, ənənələr söykənə ənənələr, eyni zamanda sağlam təməllərə malik ailə ənənsi olub. Bu gün isə biz artıq bu dəyərləri itirə-itirə gedirirk. Buna yol vermək olmaz. Biz bu aşınmaların qarşısını cəmiyyət olaarq birgə almalıyıq. Mövcud o gözəl milli-mənəvi dəyərlərər söykənən sağlam ailə  prinsiplərini gələcək nəsillərə çatdırmalıyıq. Gələcək nəsli o ruhda böyütməliyik”.
S. Fətəliyeva bildirdi ki, günümüzdə internet resursları  uşaqların böyüməsində bir bəlaya çevrilib. “Bu günlərdə AŞPA-nın uşaqların təhlükəsiz böyüməsi ilə bağlı təşkil etdiyi bir konfransda iştirak etdim. Konfransın şüari belə idi: “Google valideynləri əvəz edə bilməz”. Çox təəssüflə qeyd etmək istərdim ki, həm bilik, həm hansısa ünsiyyət nöqteyi-nəzərdən internet resursları ancaq emosional münasibətləri  əvəz edir. Bu da gələcəkdə  böyük faciələrə səbəb ola bilər. Bu gün bundan danışmağa başlamışıq. Ancaq təhlükələr hələ qarşıdadır”- deyə, millət vəkili vurğulayıb.
Yarnmış vəziyyətdən çıxış yolu kimi millət vəkili S. Fətəliyeva Azərbaycanda bu sahədə mövcud qanunların xalq arasında təşviq edilməsini  təklif edib. Bildirib ki, ola bilsin, bu gün bir sıra qanunlar yerlərdə kifayət qədər icra olunmur: “Lakin digər problem də ondan ibarətdir ki, xalq əksəriyyəti bəlkə də belə qanunların mövcud olmasından xəbərdar deyil. Buna görə də maarifləndirici işlər daha da sürtələndirilməlidir. Bu işdə yerli icra orqanları və bələdiyyələr fəal iştirak etməlidirlər. Bunlarla yanaşı, ailədaxili  məsələlər, ailənin qorunması, uşaqların  hüquqları ilə bağlı əhaliyə geniş təşviq etməliyk. Biz həmçinin uşaqların təlükəsizliyini təbliğ etməklə yanaşı,  uşaqların maraq  dairəsini artırmaq üçün  məktəbdənkənar dərnəklərin təşkil olunmasını təşkil etmək lazımdır. Bu vasitələrlə uşaq və yeniyetmələrin diqqətini sosial şəbəkədən real həyata cəlb etmək lazımdır. Əgər buna nail ola bilsək  və yeniyetmələrin diqqətini dərnəklərə cəlb edə bilsək, onların təhlükəsiz həyatına töhfə vermiş olarıq”.
Millət vəkili bu işdə telekanallarda sosial çarxlardan geniş istifadəni, həmçinin ailə və uçaq psixoloji mərkəzlərinin də yaradılmasını  məqbul bir variant hesab edir.
Mürtəza
Gununsesi.info