Dünyada koronavirusa yoluxma və virusdan ölüm halları artıb

  • By admin
  • 28 Oktyabr 2021 22:03

Dünyada koronavirusa yoluxma hallarının və COVID-19-dan ölüm hallarının sayı son iki ayda ilk dəfə olaraq artır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib. O, infeksiyanın yayılmasının səbəbləri arasında müxtəlif ölkələrin və regionların pandemiya ilə mübarizə vasitələrinə – testlərə və vaksinlərə çıxışında bərabərsizliyi qeyd edib.

“Bu bir daha onu göstərir ki, COVID-19 pandemiyası hələ də bitməyib”, – deyə ÜST rəhbəri qeyd edib.

Gununsesi.info