Dünyanən ən hündür binaları -FOTOLAR

  • By admin
  • 13 Oktyabr 2016 15:25
hun 
Əgər əvvəllər göydələnin inşası özü-özlüyündə təəccübləndirmə cəhdi idisə, hal-hazırda yüksək bina inşaatı texnologiyasının inkişaf etdiyi bir dövrdə seçilmək üçün qeyri-adi bir şey təklif etmək lazımdır.
Gununsesi.info xəbər verir ki, indi sifarişçilər yalnız binanın hündürlüyündə deyil, forması, eləcə də əlavə “fişkalar”ın olmasında yarışırlar.
İnsan sivilizasiyası mövcud olduğu gündən demək olar ki, hündür binaların əhatəsində yaşayıb. Hazırda 21-ci əsrdə də yüksək binaların tikilməsi  davam etməkdədir ki, bunları hündürlüklərinə görə 3 yerə ayırmaq etmək olar:
  1. Supertall (300 metrdən çox),
  2. Megatall (600 metrdən çox)
  3. Dubaydakı Burc Xəlifə 830 metrdən çox hündürlüyə malik göydələnlər…
Hündür binaların tikilməsi artdıqca mühəndislik problemləri də artmaqda davam edir. Əvvəllər mühəndislər əsas məsələlərdə özləri məsuliyyət daşıyırdılar. İndi isə məqsəd sadəcə daha hündür binaların tikilməsidir. Belə ki, dünyada ilk hündür 10 mərtəbəli bina 1884-cü ildə Çikaqoda tikilib. İndi isə dünyanın ən böyük göydələnlərini təqdim edirik.
1-c,  Dubayda  tikilən və 2020-ci ildə tikintisi başa çatıb istifadəyə veriləcək The Tower   qülləsi olacaq. Bunun hündürlüyü 928 metr  olacaq və Beynəlxalq sərgi ƏKSPO mərkəz kimi fəaliyyət göstərəcək.
2-ci,  yerdə yenə də Dubayda  fəaliyyət göstərən Burc Xəlifədir ki, hündürlüyü 828 metrdir.
3-cü, yerdə isə Səudiyyə Ərəbistanın Məkkə şəhərindəki Abraj Əl-Beyt  binasıdır ki, hündürlüyü 601 metrdir.
4-cü, Nyu-Yorkdakı Beynəlxalq Ticarət Mərkəzidir ki, hündürlüyü 541 metrdir.
5-ci,  Tayvanın paytaxtı Taybey şəhərindəki 509 metr hündürlüyündə olan 101 mırtıbli binadır.
6-cı, Çinin Şanxay şəhərindəki  Beynəlxalq Maliyyə mərkəzinin binasıdır ki, hündürlüyü  492 metrdir və 118 mərtəbədən ibarətdir.
7-ci yerdə  isə  Honkkoqdakı  Beynəlxalq kommersiya mərkəzinin binasıdır ki, hündürlüyü 484 metr hündürlüyündədir.
8-c yerdə isə Malyaziyanın paytaxtı Kaul-Lampur şəhərindəki “Əkizlər qülləsi” kimi tanınan binasıdır. Onun hündürlüyü 452 metrdir.
9-ci yerdə yenə də Çinin nankin şəhərindəki Zifenq qülləsidir  ki, hündürlüyü 450 metrdir.
10-cu yerdə Çikaoqdakı Uilss qülləsidir ki, hündürlüyü  443 metrdir.
11-ci yerdə Şençjen şəhərindəki binadır ki, hündürlüyü 442 metrdir.
MDB məkanına gəldikdə isə ən uca hündürmərtəbəli bina Moskvadadır. “Federasiya qülləsi” adlanan bu binanın hüdürlüyü 374 metr və 101 mərtəbədən ibarətdir. Bu bina eyni zamanda hazırda  Avropada ən hündür  bina hesab olunur.
hun1 hun2 hun3 hun4
hun55
hun5 hun6 hun7 hun8 hun9 hun10 hun11
Gununsesi.info