
Ötən əsrin 1957-ci ildə İngiltərədə dünyaya gəlmiş Meri Belin gələcəkdə qəddar cinayətkar olacağını heç kim xəyalına gətirmirdi. Onun atası əyyaş, anası ruhi xəstə idi. Bu şəraitdə böyüyən Merinin tərbiyəsinin düzgün qurulmaması məlum idi. O, 11 yaşında rəfiqəsi ilə birlikdə 3 yaşlı oğlanı boğub öldürdü. Çox keçmədi 4 yaşlı ikinci qurban da Meri tərəfindən qətl olundu. Qız onun kürəyində öz adının baş hərfini də yazmağı unutmadı. Onu həbs etsələr də, psixoloji cəhətdən sağlam olmadığına görə 1982-ci ildə azadlığa buraxıldı. İndi o, öz vətənində başqa ad altında yaşayır.
12 yaşlı Kristian Fernandez 2011-ci ildə məlum olmayan səbəblərə görə özünün 2 yaşlı qardaşını döyüb öldürmüşdü. O, ömürlük həbs cəzası almış ilk ameriaklı yeniyetmədir.
3 il öncə ABŞ-ın Ohlaxoma ştatında 16-13 yaşlı Maykl və Robert Biver qardaşları öz ailələrinə zərər verdilər. Onlar öz bacı-qardaşlarını, ata-analarını bıçaqla qətlə yetirdilər. Qardaşlar ömürlük həbsə məhkum edildilər.
14 il öncə Yaponiyada 11 yaşlı məktəbli qız internet yazışmaları zamanı rəfiqəsi ilə mübahisə elədi. Adının bu günə qədər açıqlanmadığı 11 yaşlı qatil sinif yoldaşını məktəbdə öldürdükdən sonra, heç nə olmamış kimi qanlı geyimdə sinif otağına daxil olub dərsdə iştirak etmişdi.












