Rafael Ağayev 11-ci dəfə Avropa çempionu oldu

  • Müəllif: admin
  • 12 May 2018 21:42

Serbiyanın Novi Sad şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rafael Ağayev final görüşündə Qabor Harspatakini məğlub edərək çempion olub.

Beləliklə, Rafael Ağayev 11-ci dəfə qitə birinciliyinin qalibi adını qazanıb.