Duqin qızının ölümü ilə bağlı ruslara MÜRACİƏT ETDİ

  • By admin
  • 22 Avqust 2022 19:26

Filosof Aleksandr Duqin qızı Daryanın öldürülməsindən sonra ilk dəfə Rusiya vətəndaşlarına müraciət edib.

Gununsesi.info xəbər verir ki, müraciətin mətnini milyarder Konstantin Malofeyev öz Teleqram kanalında dərc edib.

“Hamınız bildiyiniz kimi, nasist Ukrayna rejimi tərəfindən həyata keçirilən terror aktı nəticəsində avqustun 20-də Moskva yaxınlığındakı festivaldan qayıdarkən qızım Darya Duqina gözümün qabağında partlayış nəticəsində vəhşicəsinə öldürüldü” – Duqin yazıb.

O, həmçinin Daryanın “düşmənlər tərəfindən amansızcasına öldürülən” yüksələn bir ulduz olduğunu söyləyib. Duqinin sözlərinə görə, qızının çıxışları və reportajları həmişə dərin, təmkinli və əsaslı olub və o, heç vaxt müharibəyə və zorakılığa çağırış etməyib.

Filosof vurğulayıb ki, bu cür hərəkətlər rus xalqının iradəsini qıra bilməz və o, qalib gəlməlidir, çünki qızı bu qələbənin “mehrabına” “həyatını qoyub”.

Duqin, həmçinin bildirib ki, Darya ilə vida mərasimi səhər saat 10-da Ostankino televiziya mərkəzində olacaq.

Gununsesi.info