“Düşmənə “fakt” vermək olmaz” – millət vəkilindən mediaya müraciət

  • By admin
  • 07 İyul 2016 16:49

sahib aliyev 061014

“Erməni siyasətçi və ekspertlərinin davamlı olaraq Azərbaycanın yaxın zamanlarda Qarabağda döyüşlərə başlayacağından danışmaları, bu haqda proqnozla vermələri informasiya təxribatıdır”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev  jurnalist həmkarlarına müraciətində deyib. Onun sözlərinə görə, Məqsəd Azərbaycan mediasında da bu haqda yazıların getməsi, bununla da qərbdəki havadarlarının “fakt” əldə etməsidir. “Belədə onlar bu qəbildən olan “fakt”lara dayanaraq cəbhə xəttində atəşkəsin araşdırlması mexanizminin tətbiqi məsələsini daha yüksək səslə dilə gətirəcəklər. Əziz həmkarlar, düşmənə “fakt” vermək olmaz”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info