Düşmən bu gecə də dinc dayanmadı - atəşkəsi 16 dəfə pozdu

  • By admin
  • 30 İyul 2016 10:01

atas-1

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gununsesi.info