Efiopiyada faciə  — Baş nazirin mitinqində bomba partladı

  • By admin
  • 23 İyun 2018 13:42

Efiopiyada faciə

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə baş nazir Abiy Əhmədin iştirak etdiyi mitinqdə bomba partladılıb.

Gununsesi.info xəbər verir ki, televiziyaya açıqlama verən baş nazir bir neçə nəfərin öldüyünü deyib.

Hadisə şahidləri bildirir ki, hücumçu Abiy Əhmədin olduğu platformaya tərəf əl qumbarası atıb. Bu isə insan tələfatına səbəb olub.