
Lakin elə həmin qanunun 4.4-cü maddəsində qeyd olunur ki, yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Hazırda isə yaşayış minimumun orta məbləği ehtiyac meyarından 25% yüksəkdir. Məntiq də, hüquq da onu deyir ki, qanun 2 fərqli ad altında təqdim etdiyi sosial normanın hər ikisinin aztəminatlılığın səviyyəsini müəyyən etdiyini yazırsa, onların hər ikisinin məbləği də eyni olmalıdır”.
İqtisadçıya görə, hökumət rəsmi yoxsulluq səviyyəsini yaşayış minimumunun dəyəri ilə ölçməli olduğu halda, məbləği heç bir sosial-iqtisadi əsaslanmaya söykənməyən ehtiyac meyarı əsasında bəyan edir: “Ünvanlı sosial yardım alanların ümumi əhalidə xüsusi çəkisi rəsmi yoxsulluq göstəricisi kimi elan olunur.
Nəzərə alaq ki, hazırda hətta rəsmi statistikaya gərə adambaşına aylıq gəliri ehtiyac meyarının və yaşayış minimumunun məbləği arasında yerləşən minlərlə insan var.
Qısası, təkcə elə yoxsulluğun yaşayış minimumuna əsasən, bəyan ediməsi rəsmi kasıblıq göstəricisini indikindən xeyli yüksək edər.
Bunun ardınca isə yaşayış minimumunu formalaşdıran istehlak səbətlərinin strukturunu, həmçinin istehlak normalarını adambaşına milli gəlir səviyyəsinə görə yuxarı orta gəlirli ölkələrin (Dünya Bankının təsnifatına görə 4086 dollardan yüksək) standartına uyğunlaşdırırsan.
Bu 2 addımdan sonra ortaya çıxan rəsmi yoxsulluq göstəricisi gerçəkliyə daha yaxın rəqəm olacaq”.
Vüsalə
Gununsesi.info











