
Azərbaycanda ekologiya polisi yaradılmalıdır.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Elmira Axundova Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı səsləndirib.
O deyib ki. “Polis haqqında” və bu sahədəki qanunvericiliyə dəyişiklik edərək Azərbaycanda ekologiya polisi yardılmalıdır: “Bununsuz ölkədə ekoloji sahədə baş verən qanunsuzluğun, təmizliyi və digər proseslərin qarşısını almaq mümkün deyil. Bildiyiniz kimi ən azından çimərliklərdə, Bakı və digər şəhər, rayonlarda təmizliklə bağlı ciddi problemlər mövcuddur. Baxmayaraq ki, bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə və digər qanunlara dəyişiklik edilsə də, nəticə vermir. Ona görə də bu saghədə yaranmış vəziyyətin tənzimlənməsi üçün ekologiya polisinin yaradılnmasına ehtiyac var”.
Mürtəza
Gununsesi.info












