Ekspertdən bədbin proqnoz: “MANAT YENƏ UCUZLAŞACAQ”

  • Müəllif: admin
  • 03 İyul 2017 17:52

manat_dollar_euro_2

Azərbaycanda xarici valyutaya olan tələbat yenidən və kəskin surətdə artmağa başlayıb. 

Gununsesi.info xəbər verir ki, bu fikri iqtisadçı alim Qubad İbadoğlu son dövrlərdə Azərbaycanda maliyyə bazarında yaranmış durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də bu inzibati xarakter daşıyır:

“Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır. Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi, ötən ay ondan 2 ay əvvəllə müqayisdədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o demədkir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir”.

Mürtəza 

Gununsesi.info