Bu qurumun direktoru vəzifədən azad edildi

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov vəzifəsindən azad edilib.

Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, o, BŞİH başçısının sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Birliyin direktoru vəzifələrinin icrası direktorun müavini Mirdamət Seyidova həvalə edilib.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

Şəbnəm

Gununsesi.info