Eldar Sabiroğludan Şahlar Əsgərova təsirli yazı

Eldar Sabiroğludan Şahlar Əsgərova təsirli yazı

sHAHLAR-aGAROV-768x327

Mən elə bilirdim Şahlar Əsgərovun 55, uzağı 60 yaşı olar, sən demə 75-in kürəyini yerə vurub. Özümə sual verdim ki, bəs onu bu qədər cavan saxlayan nədir? Ağlıma həmən iki şey gəldi: Kəlbəcərin gözəl havası-suyu, bir də ürəyinin saflığı! Onu tanıyandan insanlığına, səmimiyyətinə, əqidə bütövlüyünə heyran olmuşam. İnanmıram ki, o, həyatda kiməsə pislik etmiş olsun, Allah onu bu cür yaratmayıb, Allah onu yaxşılıq etmək, imkanı çatan qədər imkansızların harayına çatmaq üçün dünyaya gətirib. Şahlar müəllim xeyirxahlıq etməkdən ləzzət alan, sevinən bir kişidir. 1992-ci ildən bir-birimizi tanıyırıq. Ünsiyyətimiz, ürəyimizdən keçənləri  bərabər bölüşdüyümüz günlər, anlar çox olub. Bu 24 ildə nə bəndənizi, nə də onunla təmas quran kimsəni incidəcək kiçik bir əmələ yol verdiyinə şahidlik etməmişəm. İndi bu cür dürüst və təmiz qəlb sahibi olan adamlar az-azdır… Odur ki, Şahlar müəllimin qədir-qiymətini, dəyərini uca tutmalı, daha uzun illər yaşaması üçün dostları ondan şirin-şəkər sözlərini əsirgəməməlidir. O, bir ziyalı, elm adamı kimi də yüksəkdə dayanan şəxsiyyətdir!

Əziz Şahlar müəllim, səni sidq-ürəkdən təbrik edirəm. Ailən, övladlarınçün hansı arzu və niyyətləri tutmusansa, qoy Uca Tanrı onları gerçəkləşdirsin. “Qocalmışam” sözünü qətiyyən yaxına buraxma, mənim dostum! Dağlar oğlu qocalmaz! Qəribsəyən dağlar, meşələr, yollar, izlər səni gözləyir…Kəlbəcər qayıtsa, məni də özünlə götür, o dağlarda birgə yaşayaq. Söz verirsənmi?!

Hörmətlə,
Kiçik qardaşın Eldar Sabiroğlu
kalbajar
kalbajar 2
kalbajar 1
kalbajar 4

COMMENTS