Eldar Sabiroğlunun oğlunun vəsatəti təmin olundu - FOTOLAR

  • By admin
  • 01 Dekabr 2016 17:00

Rufet-sefer

Dekabrın 1-də Şirvan Apellyasiya məhkəməsində prokrorluq orqanlarından bəyanatla istefa vermiş müstəntiq Rüfət Səfərovun məhkəmə prosesi davam etdirilib. Əvvəlki prosesdə dövlət ittihamını müdafiə edən prokror məzuniyyətdə olduğuna görə bu dəfə dövlət ittihamını Sadıqov Siyavuş müdafiə etdirib.

Keçən prosesdə verilmiş vəsatət təmin olunaraq Rüfət  Səfərov dəmir barmaqlıqdan çıxarılıb vəkillə yanaşı əyləşdirib.

Daha sonra Rüfət Səfərov ifadə verərərək bu işdə özünü təqsirli bilməyib. İşin tam sifariş olduğunu qeyd edib. Lənkəran Ağır Cinayətlər məhkəməsində araşdırılma aparılmadan tələm-tələsik qərar verildiyini bildirən keçmiş müstəntiq hazırkı məhkəmədə də Prezident administrasiyasından hansı qərar gəlsə onun da elan ediləcəyini bildirib.
Məhkəmə kollegiyası  adı cinayət işində şahid kimi keçən Zərdab rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevin məhkəmədə dindirilməsi barədə qərar verib. Eldəniz Abdullayev həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində Rüfət Səfərovla üzləşdirilməyib. Keçən prosesdə Rüfət Səfərov bunu avropa insan haqları konvensiyasının pozuntusu kimi məhkəmənin nəzərinə çatdırmışdı.
Proses dekabrın 22-də davam etdiriləcək.
Məhkəmə prosesində Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin bəzi üzvləri də iştirak edib.(azadlıq.info)
mehkeme-rufet-300x169
Gununsesi.info