Elektrik enerjisindən idxal asılılığımız 6 faiz azalıb

  • Müəllif: admin
  • 01 Fevral 2018 14:54

 

2017-ci ildə elektrik enerjisinin istehsalı 2 faiz azalıb.

Gununsesi.info bunu Energetika Nazirliyinin hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, ötən il  22 209,8 mln. kVts  elektirk enerjisi istehsal  olunub. Bundan İES-lərdə 20 445,4 mln. kVts, SES-lərdə isə 1 732,8 mln. kVts elektrik enerjisi istehsal olunub.

2017-ci ildə elektrik enerjisinin idxalı da 5.8 faiz azalıb. Ötən il  1 282,5 mln. kVts  ixracolunub, 2016-cı illə müqayisədə 17,1 % artıb.

2017-ci ildə hər kVts elektrik enerjisinin istehsalına xüsusi yanacaq sərfiyyatı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 285,7 qr/kVts-dan 296,1 qr/kVts-a qədər (10,4 qr/kVts) artıb ki, bu da 205,4 min ton şərti yanacağın izafı sərfi deməkdir. Ümumilikdə hesabat dövrü ərzində elektrik enerjisinin istehsalına 4778,8 mln.m3 təbii qaz və 311,5 min ton soba mazutu istifadə edilib.

Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması, əhalinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədi ilə respublikanın 51 rayonunun 237 kənd və qəsəbəsində 0,4 kV-luq şəbəkədə bərpa işləri sürətlə davam etdirilib.

“Azərişıq” ASC üzrə abonentlərin ümumi sayı 2547044 təşkil etdiyi halda, bu müddət ərzində əhali və qeyri-əhali istehlakçılarına aid 266 min ədəd uçot dəsti bərpa olunub, o cümlədən 210 min abonentin köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib.

Vüsalə

Gununsesi.info