Elektron ticarət nəzarətə götürüləcək

  • By admin
  • 05 Sentyabr 2016 16:41

2014-12-09-17-08-29795716_440841

Rəşad Əliyev : “İnternet saytların arxasında vergi qeydiyyatında olmayan dursa, bu halda onlara qarşı tədbirlər görüləcək”

Yeni vergi islahatları ilə bağlı prezidentin sərəncamına görə, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi nəzərdə tutulur. Elektron ticarət – texnologiyalardan istifadə ilə malların alqı-satqısı, xidmətlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Ölkəmizdə biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları  mövcuddur.

Gununsesi.info Vergilər Nazirliyinə istinadən xəbər verir ki, elektron ticarətdə “elektron pulların” tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir. Bundan başqa, beləəməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda e-ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin isə tamamilə başqa dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemlərdəndir.

Hazırda Vergilər Nazirliyinin mütəxəssisləri elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılmasıüçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində ciddi işlər görməkdədirlər.

İqtisadçı-ekspert Rəşad Əliyev bildirir ki, Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunmasının üzrə atılacaq tədbirlər haqda məlumat verib: “İlk növbədəölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcək. Məlumatda qeyd edilir ki, son illər ölkə daxilində internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı iqtisadi fəaliyyətin miqyasının artması müşahidə edilir. Məlum olduğu kimi, xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir”.

Ekspertə görə,ölkəərazisində onlayn-bizneslə mal satan bütün saytlar və analoji elektron vasitələr müəyyən ediləcək və onların hansı vergi ödəyicisinə aid olması yoxlanılacaq: “Əgər həmin saytların arxasında vergi qeydiyyatında olmayan hüquqi və ya fiziki şəxslər dursa, bu halda onlara qarşı tədbirlər görüləcək. Sözsüz ki, həmin subyektlər ölkəərazisində yerləşirlərsə, onlar qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.

İnternet üzərindən ticarət müxtəlif kombinasiyalar ilə aparılır. Məsələn, elektron qaydada ödəniş edərək mal alınması. Yaxudda elektron qaydada mal sifariş etməklə pulu yerində mal çatdırıldıqda nağd ödəməklə. Malı satanlarda fərqlidir. Eləşirkətlər var ki, ancaq elektron qaydada satır. Elələri var ki, məhsulu həm ənənəvi üsulla (ticarət nöqtəsindən), həmdə eletron qaydada satır. Malsatanların coğrafiyasıda fərqlidir – bəziləri ölkəərazisində, bəziləri isə xaricdə. Müxtəlif kombinasiyaların mövcudluğu müxtəlif tədbirlərin görülməsini tələb edəcək və bütün hallarda uğurlu nəticəəldə edilməyəcək”.

R.Əliyevin fikrincə, ancaq burda ilkin dövrdəəsas hədəf ölkəərazisində elektron ticarət və ya onlayn biznes aparan, vergidən yayınan subyektlərin üzəçıxarılmasıdır: “Bunların əksəriyyəti isə sosial şəbəkələrdə gizlənir və məlum məsələdir ki, ən çox istifadə edilən şəbəkələr Facebook və Odnoklassniki saytlarıdır. Bu şəbəkələrdədə izləmə işləri aparılacaq”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info