
Üç aydan artıqdır ki, həbsxanada aclıq aksiyası keçirən AXCP funksioneri Əlizamin Salayev bu gündən aksiyanı dayandırıb.
Bu barədə Gununsesi.info-ya hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
Onun sözlərinə görə, Əlizamin Salayevə apellyasiya şikayətinə obyektiv baxılacağına dair vədlər verilib:
“Ona görə də o aksiyanı müvəqqəti dayandırıb. Bildirib ki, əgər apellyasiya şikayətinə obyektiv baxılmasa o quru aclığa başlayacaq”.
Gununsesi.info