
“SpeysX” şirkətinin rəhbəri Elon Maskı işə götürmərəm.
Gununsesi.org xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib. Roqozin jurnalistlərin “Yenidən istifadə edilə bilən raketlərin inkişaf etdirilməsi üçün Maskı işə götürərsinizmi?” – sualını belə cavablandırıb:
“Yox, öz ekspertlərimizi yetişdirməyimiz lazımdır. O, çox məşğul bir insandır. Mən də eynən. Nəyə görə işə dəvət edim ki? Əgər bir iş üçün bura gəlsə, böyük məmnuniyyətlə onunla görüşərəm”.












