Elza Seyidcahan ərə gedir – FOTOLAR

  • By admin
  • 20 İyun 2016 12:59

Elza

 

HTML tutorial

“Tək qalmağı Allah da buyurmur”

 

Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan ailə həyatı qurur.

Gununsesi.info xəbər verir ki, bu barədə Moderator.az-a əməkdar artistin yaxınlarından birinin verdiyi məlumata görə, bəstəkar bu yaxınlarda ərə getməyə hazırlaşır. Mənbənin dediyinə görə müğənninin gələcək həyat yoldaşı xarici ölkələrin birində yaşayan türkiyəli iş adamıdır. O da bildirilir ki, cütlüyün sevgisi uzun müddətdir ki, davam edirmiş. Sadəcə Elza xanım övladlarının toyuna görə bu izdivacı təxirə salıbmış. Ancaq indi müğənninin həm oğlu, həm də qızı ailə həyatı qurduğu üçün Elza xanımın növbəti dəfə də evlilik təklifini yubatmağa bəhanəsi olmayıb.

Deyilənə görə müğənni ailə həyatı qurduqdan sonra həyat yoldaşının yanında, xaricdə yaşayacaq. Müğənninin Azərbaycanda müğənni və bəstəkar kimi fəaliyyətini dayandırıb, dayandırmayacağı isə hələ ki, məlum deyil.

Saytımıza daxil olan məlumatı dəqiqləşdirmək üçün əməkdar artistin özü ilə əlaqə saxladıq.

Elza Seyidcahan xəbəri təsdiq etməsə də, inkar da etmədi. Ramazan ayından sonra bu xəbərə aydınlıq gətirəcəyini bildirdi:“Allah eləsin düz olsun. Təki insanlar sevgisinə qovuşsunlar. Tək qalmağı Allah da buyurmur. Hətta heyvanların tək saxlanılmasını da Allah qadağan edib, cüt saxlanılmalıdır. Deməli, insanlara tək qalmağ heç olmaz. Bu müqəddəs Ramazan ayında hamımız Tanrının möcüzəli səcdəsindəyik. Sizin sualınıza isə Ramazan ayından sonra cavablandıraram, inşallah”.

 

Elza

 

Elza gelin paltarinda